Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS

Yeni kitablar
Tofiq Nurəli - "Yarpaqlarım ağrıyır"
26 May , 2016
Tanınmış istedadlı şair Tofiq Nurəlinin kitabda toplanmış yeni şeirləri minillik Azərbaycan poeziyasının çağdaş təzahürü və davamıdır. Üslub yeniliyi, forma rəngarəngliyi, ifadə səmimiliyi ilə seçilən şair, ziddiyyətli zəmanəmizin yaratdığı problemlərə, mənəvi-əxlaqi məsələlərə poetik-fəlsəfi münasibətini bildirir və onlara poetik cavab axtarır.
Şair ənənəsinə sadiq qalaraq bu kitabda da son illərdə sevgi-məhəbbət mövzusunda gənclik şövqüylə yazdığı şeirlərini daxil etmişdir. İnanırıq ki, əvvəlki kitabları kimi şairin yeni kitabı da əsasən gənc nəslin rəğbətini qazanacaq.