Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS

Yeni kitablar
Əliağa Vahid - "Qəzəllər"
26 May , 2016
Azərbaycanın adı dillər əzbəri olan, şeirləri milli professional xalq musiqisinin inkişafına böyük təkan verən Əliağa Vahidin 120 illik yubileyi ilə əlaqədar işıq üzü görən nəfis tərtibatlı bu kitabda unudulmaz şairin qəzəlləri rəssam Fəxrəddin Əlinin rəsm əsərlərinin müşayiəti ilə təqdim olunmuşdur. Şübhəsiz ki, bədii sözlə bədii təsvirin ahəngi oxucuların həqiqi marağına səbəb olacaq.