Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
27 Yanvar , 2021
Bu gün  Azərbaycan yazıçısı və Rusiya İmperiyasının hərbi xadimi, Rusiya imperator ordusunun general-mayoru və Müqəddəs Georgi ordenini qazanan ilk azərbaycanlı İsmayıl bəy Qutqaşınlının doğum günüdür.
İsmayıl bəy Qutqaşınlı 27 yanvar 1806-cı ildə Qurban bayramında, keçmiş Qutqaşın mahalında (indiki Qəbələ) anadan olmuşdur. 
İsmayıl bəy Qutqaşınlı uşaqlıq və gənclik illərində dini təhsil almış, ərəbfars dillərini öyrənmiş, klassik Azərbaycan və Şərq ədəbiyyatı ilə yaxından tanış olmuşdur. Xidmət illərində İ. Qutqaşınlı bir sıra mütərəqqi rus ziyalıları ilə dostluq əlaqəsi yaratmış, rus və Qərbi Avropa mədəniyyətlərinin nailiyyətlərinə yiyələnmiş, dövrünün ən savadlı Azərbaycan ziyalılarından biri olmuşdur. Eyni zamanda o, Azərbaycanın böyük marifçi alimləri — Mirzə Fətəli AxundzadəQasım bəy ZakirAbbasqulu ağa Bakıxanov və başqaları ilə yaxından dostluq etmişdir. Bu şəxslər Azərbaycan ədəbiyyatında "Paqonlu maarifçilər" adı ilə məşhurdurlar. İsmayıl bəy Qutqaşınlı 1852-ci ildə arvadı ilə Yaxın Şərq ölkələrinə səyahətə getmişdir.

Yazıçının doğum günü ilə əlaqədar olaraq Nərimanov rayon MKS-nin əməkdaşı Ü.Zeynalova video-çarx hazırlamışdı.
Aşağıda göstərilmiş linklərə daxil olaraq videolara baxaraq yazıçının həyatı və yaradıçılığı ilə daha yaxından tanış ola bilərsiniz.

https://www.instagram.com/tv/CKifG4nh9DO/?utm_source=ig_web_copy_link

https://www.facebook.com/100007549111926/videos/2701679273427017/
Video Qalereya