Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Xəbərlər
27 Yanvar , 2021
27 yanvar 1906-cı il. Azərbaycan alimi, tarixçisi və şərqşünası, Dövlət Mükafatı laureatı, Əməkdar Elm Xadimi, “Şöhrət” ordenli Sara Aşurbəyli anadan olub (1906-2001). O, Yaxın və Orta Şərq xalqları tarixinin bilicisi olmaqla yanaşı, həm də rəssam və musiqiçi idi. Sərgilərdən birində onun “Göygöl” əsərini Meksika nümayəndələri alıblar. Bu əsər indi Meksika muzeylərindən birində saxlanır. S.Aşurbəyli “Bakının tarixinə dair oçerklər”, “Orta əsrlərdə Azərbaycan və Hindistanın iqtisadi və mədəni əlaqələri” və “Şirvanşahlar dövlətinin tarixi” kitablarının müəllifidir.