Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Xəbərlər
30 Yanvar , 2021
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi Tahir İsmayılovun doğum günüdür.

Tahir İsmayılov 1988-ci il yanvarın 30-da Qazax rayonunun Sofulu kəndində anadan olub.

1994-2003-cü illərdə kəndin M.Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyində, 2003-2006-cı illərdə isə Qazax Dövlət Sosial-İqtisadi Kollecində təhsil alıb.

Ailəli idi. İki oğlu yadigar qaldı.

Tahir İsmayılov 2006-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2006-2007-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

2009-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində gizir kimi xidmət edirdi.

Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Tahir İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı FüzuliCəbrayılXocavənd və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Tahir İsmayılov oktyabrın 25-də Qubadlı döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Xanlıqlar kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tahir İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tahir İsmayılov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tahir İsmayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.