Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
7 Fevral , 2021
07 fevral 1988-ci il. Azərbaycan Milli Ordusunun giziri, Milli Qəhrəman Mübariz İbrahimovun (1988-2010) doğum günüdür. Mübariz erməni silahlı qüvvələrinin hücumlarını dəf edərkən qəhrəmancasına şəhid olub.
Mübariz İbrahimov Ağakərim  oğlu- 1988 ci il fevralın 7-də Biləsuvar rayonu Əliabad kəndində anadan olub. 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olub. 11 il oxuduqdan sonra 2005-ci ildə orta məktəbi bitirib. Elə həmin il hərbi xidmətə çağrılıb. Xidmətinə Daxili Qoşunların N saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə başlamışdır. Xidməti zamanı çavuş rütbəsi almış və xidmətini 2007-ci ildə bitirmişdir. Bir müddət mülki işlərdə işlədikən sonra 2008-ci ilin yayında yenidən öz arzusu ilə hərbiyə qayıtmaq istəsə də valideynlərinin razılığı olmayıb. Yenidən 2009-cu ilin avqust ayında valideynlərini razı salıb və hərbi xidmətə yollanıb. Bu dəfə artıq Gizir kimi çalışmağa başlayıb. Çox çalışsa da əvvəl-əvvəl bir neçə ay düşmənlə sərhəd olan rayonlarda xidmət etmək nəsib olmayıb. Nəhayət 2010-cu ilin aprel ayından Tərtər rayonunun N saylı hərbi hissəsində xidmətinə başlayır. Çox çəkmir ki, uzun müddət düşündüyü, arzusunda olduğu şəhidlik planını həyata keçirmək və düşmənə ən sarsıdıcı zərbəni vurmağın yollarını tapır. Nəhayət  2010-cu ilin 18 iyununda gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur. Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib. Bəli, M. İbrahimov Vətəninin müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmət və rəşadət göstərərək qəhramancasına həlak oldu. Hər bir Vətənpərvər insanın yüksəlmək istədiyi şəhidlik zirvəsini fəth etdi.

Milli Qəhrəmanın doğum günü ilə əlaqədar olaraq Nərimanov rayon MKS-nin əməkdaşı M.Rəhimova video-çarx hazırlayıb.
Aşağıdakı linklərə daxil olaraq videoya baxıb, vətənpərvər qəhrəmanımızın həyatı və göstərdiyi misilsiz şücaəti ilə yaxından tanış ola bilərsiniz.

https://www.instagram.com/tv/CK9x1o4Bh8F/?utm_source=ig_web_copy_link

https://www.facebook.com/100007549111926/videos/2709449062650038/

Картинки по запросу