Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
15 Fevral , 2021
Bu gün XX əsr tatar ədəbiyyatının görkəmli nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı Musa Cəlilin doğum günüdür.Musa Cəlilin ilk əsəri 1919-cu ildə dərc olunmuşdur. 1925-ci ildə onun "Biz gəlirik" adlı şeir və poemalar toplusu işıq üzü görmüşdür. 1941-ci ildə "Altun çeç" və "İldar" operaları üçün 4 libretto yazmışdır.Alman əsirliyində yazdığı "Moabit gündəliyi" adlı şeirlər toplusuna görə ölümündən sonra Lenin mükafatına layiq görülmüşdür 1957. Musa Cəlil XX əsr tatar ədəbiyyatında lirik şeirlər,epik poemalar,librettolar,felyetonlar və publisistik əsərlər və s. müəllifi kimi şöhrət tapmış,əməlləri ilə qəhrəmanlıq,dözüm və Vətənə sədaqət simvoluna çevrilmişdir.Təsadüfi deyildir ki, Azərbaycanın xalq şairi S.Vurğun M.Cəlilin qəhrəmanlıq taleyini Bayronun,Petefinin və Yulis Fuçikin taleyi ilə eyniləşdirmiş, yaradıcılığı və hünərpərvər ölümü ilə ölməzliyə qovuşduğunu qeyd etmişdir.
M.Cəlilin lirikası tatar poeziyasının zirvəsi hesab olunur.Onun lirikasının siyasi tutumu olduqca böyükdür.Uşaqlıq dövrünün keşməkeşləri, vətəndaş və Böyük Vətən müharibəsinin faciələri Musa Cəlil yaradıcılığında ağrı qatı əmələ gətirmiş, siyasi pafosunu gücləndirmiş, onu tribun şairinə çevirmişdir.
Şairin doğum günü ilə əlaqədar olaraq kitabxananın əməkdaşı M.Talıbova video-çaxr hazırlayıb.
Aşağıdakı linklərə daxil olaraq videoya baxıb, şairin həyat və yaradıcılığı ilə yaxından tanış ola bilərsiniz.

https://www.instagram.com/tv/CLTOPprhA_V/?utm_source=ig_web_copy_link

https://www.facebook.com/100007549111926/videos/2714657362129208/