Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
17 Fevral , 2021
17 fevral 1201-ci il. Azərbaycanlı astronom, riyaziyyatçı, filosof, tarixçi, maliyyəçi, ilahiyyatçı və hüquqşünas, dövlət xadimi Nəsirəddin Tusi anadan olub (1201-1274). N.Tusinin yüzdən artıq ciddi əsəri elmin astronomiya, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika, məntiq və digər sahələrinə həsr olunub. Onun yaradıcılığından astronomiya və riyaziyyat üzrə tədqiqatlar xüsusi yer tutur. Tusi Şərq dünyasında etikaya dair “Əxlaqi-Nasiri” adlı məşhur əsəri ilə, həmçinin Marağa rəsədxanasının banisi kimi xüsusi rəğbət qazanıb. Dörd hissədən ibarət “Zici-İlxani” (“İlxanilərin astronomik cədvəlləri”) əsəri isə alimin adını dünya astronomiya tarixinə yazıb. Görkəmli filosof hicri tarixi ilə 47 il hakimiyyətdə olmuş xəlifə Nasir li-Dinillah üçün hazırlanmış, lakin müəyyən səbəblərə görə boş saxlanmış sərdabada dəfn olunub. Qəribədir ki, sərdaba 1201-ci il fevralın 17-də tamamlanıb. Həmin gün isə N.Tusi anadan olub.
 Bu münasibətlə Nərimanov rayon MKS-nin əməkdaşı A.İsmayılova dahi filosofun həyatı və yaradıcılığı haqqında video-çaxr hazırlayıb.
Aşağıdakı linklərə daxil olaraq videoya baxıb, Nəsrəddin Tusinin həyatı və yaradıcılığı ilə yaxından tanış ola bilərsiniz.

https://www.instagram.com/tv/CLZVbHIBtVP/?utm_source=ig_web_copy_link

https://www.facebook.com/100007549111926/videos/2715930552001889/