Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
21 Fevral , 2021
21 fevral UNESCO-nun Baş Konfransının 1999-cu il noyabrın 17-də elan etdiyi və 2000-ci ildən hər il qeyd olunan Beynəlxalq Ana Dili Günüdür. Bu günün tarixi 1952-ci il fevralın 21-də Dəkkədə (hazırda Banqladeşin paytaxtı) baş vermiş faciəli hadisələrin qurbanlarına ehtiram əlaməti olaraq seçilib. Həmin gün tələbələr ana dilləri olan benqal dilinin müdafiəsinə qalxaraq nümayişə çıxıblar. Benqal dilinin dövlət dillərindən biri kimi qəbul olunmasını tələb edən tələbələr polislər tərəfindən odlu silahla qətlə yetiriliblər.

Beynəlxalq Ana Dili Günü ilə əlaqədar olaraq Nərimanov rayon MKS-nin əməkdaşı M.Talıbova video-çarx hazırlayıb.
Aşağıdakı linklərə daxil olaraq video ilə yaxından tanış ola bilərsiniz.

https://www.facebook.com/100007549111926/videos/2718739708387640/

https://www.instagram.com/tv/CLio_0xB9vf/?utm_source=ig_web_copy_link