Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
7 Aprel , 2021

7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür.

 1948-ci ildə I Beynəlxalq Səhiyyə Assambleyası Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaranmasını qeyd etmək üçün Ümumdünya Sağlamlıq Gününün təsis edilməsi təşəbbüsü ilə çıxış etdi.

  1950-ci ildən başlayaraq Ümumdünya Sağlamlıq Günü hər il 7 aprel tarixində qeyd olunur.

  Hər il Ümumdünya Sağlamlıq Gününün mövzusu ÜST üçün prioritet sayılan bir problemi diqqət mərkəzinə gətirir.

  Ümumdünya Sağlamlıq Günü diqqəti səhiyyə sahəsində beynəlxalq ictimaiyyətə təsir göstərən başlıca problemlərə yönəltmək üçün dünya səviyyəsində bir imkandır.

  Sağlamlıq ÜST-ün Nizamnaməsində yalnız xəstəliklərin, yaxud fiziki qüsurların olmamağı ilə deyil, tam fiziki, psixi və sosial sağlamlıq vəziyyəti kimi müəyyən edilir.

  ÜST özünün Beynəlxalq Səhiyyə Assambleyası vasitəsi ilə 193 üzv dövlət tərəfindən idarə olunur.

Bu məqsədlə Nərimanov rayon MKS-nin Oxuculara xidmət şöbəsinin bölmə müdiri M.Rəhimova videoçarx hazırlayıb. Aşağıdakı linklərə keçid edərək video ilə yaxından tanış ola bilərsiniz.

https://www.instagram.com/tv/CNWnwRnh_uF/?utm_source=ig_web_copy_link

https://www.facebook.com/100007549111926/videos/2748764028718541/