Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
10 İyun , 2021
Nərimanov rayon MKS-nin əməkdaşı Təranə Məmmədova «Kitabxanaçı tövsiyəsi»-nin növbəti rubrikasında kitabxanaya daxil olmuş yeni kitablar haqqında məlumatları oxucuların diqqətinə çatdırıb.
Kitab oxumaq insana motivasiya verir, ruhlandırır, daha müsbət nəticələr əldə etməyə kömək edir. Mütaliə bilmədiyimiz dünyaları bizə açır. Mütaliə imkan yaradır ki, insan öz daxili aləmini tanısın. Kitablara etibar edin, onlar sizin ən yaxın dostunuzdur. Onlar lazım olanda susurlar, danışmaq lazım olanda isə sizə bütün dünyanı göstərirlər.
Bir sözlə, mütaliə insanların dünyagörüşünün formalaşmasında ən vacib amillərdən biridir. Mütaliəyə ayırdığımız vaxt heç vaxt hədər olmayacaq, əksinə, bizə yeniliklər qazandıracaq.
Oxucular videoçarxa baxaraq bu kitablar haqqında məlumatla tanış ola bilərlər.

Aşağıdakı linklərə daxil olaraq videoçarxa baxa bilərsiniz: