Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Xəbərlər
22 İyun , 2021
Nərimanov rayon MKS-nin əməkdaşı Vüsalə Məhərrəmova  «Ayna» uşaq ensiklopediyasının 2-ci seriyası olan «Tarix keçmişdən gələcəyə» kitabı haqqında videoçarx hazırlayıb.
Kitabda dünyamızda ən şüurlu, ən ali varlıq hesab olunan insanların yaratdıqları tayfalar, qəbilələr, dövlətlər və nəhayət, imperiyalar, bu imperiyaların inkişafı, tərəqqisi, aralarındakı ziddiyyətlər, münaqişələr, müharibələr, bu müharibələr nəticəsində yenidən həmin imperiyaların, böyük dövlətlərin kiçik dövlətlərə parçalanmaları, bir-birini əvəz edən ictimai-siyasi formasiyalar, dinlər, mədəniyyətlər- bir sözlə, bəşər tarixi haqqında faktlar öz əksini tapıb. Kitabı oxuyaraq oxucular XXI əsrin astanasına gəlib çıxmış müasir insanın keçdiyi uzun bir yolun tarixi ilə tanış ola bilərlər.
 
Aşağıdakı linklərə keçid edərək videoçarxa baxa bilərsiniz: