Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Xəbərlər
30 İyun , 2021
Nərimanov rayon MKS-nin əməkdaşı Elnarə Kərimli «Ucadan oxu saatı»nda balaca oxucular üçün İsa Hümmətovun «İki alma» hekayəsini oxuyub.

İKİ ALMA

Tofiq riyaziyyat dəftərini anasına göstərib soruşdu:

– Anacan, gör məsələni düz həll eləmişəm?

Ana onun dəftərinə baxıb dedi:

– Yox, oğlum, səhvdir, iki alma çatmır. Yaxşı fikirləş, yoxsa pis qiymət alarsan.

Səhər ana Tofiqi məktəbə, Sevdanı bağçaya yola salanda hərəsinə bir qırmızı alma verdi.

Axşam dərsdən qayıdanda Tofiq anasına dedi:

– Anacan, səhər sən mənə bir alma vermişdin. Ancaq məktəbdə çantanı açanda gördüm ki, orada iki alma var. Bu necə ola bilər?

Birdən Sevda dilləndi:

– O biri almanı çantaya mən qoymuşdum.

Ana təəccüblə soruşdu:

– Niyə, qızım, sən ki almanı çox xoşlayırsan?

– Xoşlayıram. Amma almanı verməsəydim, Tofiq pis qiymət alardı axı!

Ana ilə Tofiq bir-birinin üzünə baxıb gülüşdülər. Sonra ana Sevdanı qucağına alıb öpdü və dedi:

– Ay mənim mehriban, qayğıkeş qızım!

İsa Hümmətov

Aşağaıdakı linklərə daxil olaraq videoçarxa baxa bilərsiniz: