Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Xəbərlər
30 İyun , 2021
Nərimanov rayon MKS-nin əməkdaşı Gülarə Qəniyeva Azərbaycanını görkəmli yazıçısı Anar tərəfindən yazılmış 
"Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı haqqında videoçarx hazırlayıb. 
Roman 1974-1978-ci illərdə yazılıb. Yazıçı bu əsəri böyük ədib Cəlil Məmmədquluzadənin əziz xatirəsinə ithaf edərək qələmə almışdır. "Beşmərtəbəli evin altıncı mərtəbəsi" kitabına "Ağ liman" povesti və "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı daxildir. Oxucuların diqqətini maraqla cəlb edən bu əsər rus, özbək, qazax dillərinə tərcümə olunmuş, Polşa, Macarıstan və Bolqarıstanda ayrıca kitab kimi nəşr olumuşdur. 

Aşağıdakı linklərə daxil olaraq videçarxa baxa bilərsiniz.