Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Xəbərlər
5 İyul , 2021
Nərimanov rayon MKS-in əməkdaşı A.İsmayılova Türkiyə roman yazıçısı, akademiki, 2006-cı il Nobel mükafatı laureatı Orxan Pamuk haqqında videoçarx hazırladı. Orxan Pamukun postmodern üslubunda yazdığı romanları dünyanın bir çox dillərinə tərcümə olunmuşdur. Orxan Pamuk 12 oktyabr 2006-cı ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş və bu mükafatı alan ilk türk yazıçısı olmuşdur.
Orхan Pamuk İstanbulda, imkanlı və ziyalı ailədə dünyaya göz açmışdır. Təhsilini şəhərin elitar məktəblərindən sayılan Robert Kollecdə almışdı. İstanbul universiteti yanındakı Jurnalistika institutunu bitirmişdi. Yazmağa 22 yaşından başlasa da, "Cövdət bəy və oğulları" adlı ilk romanı 1982-ci ildə çapdan çıхmışdı və dərhal da diqqəti çəkərək, Orxan Kamal roman mükafatını almışdı.Orхan Pamuk "Səssiz ev" (1983), "Qara kitab" (1990), "Yeni həyat" (1994), "Qar" (2002) romanlarının, "İstanbul. Хatirələr və şəhər" (2003) memuarlarının və "Başqa rənglər" (1999) adlı esselər kitabının da müəllifidir. 
Aşağıdakı linklərə daxil olaraq videoçarxa baxa bilərsiniz.