Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Xəbərlər
8 İyul , 2021
Nərimanov rayon MKS-nin əməkdaşı Samirə Abbasova dünya ədəbiyyatının sevilə-sevilə oxunan əsərlərindən biri olan “Parfümer” yəni “Ətriyyatçı” romanı haqqında videoçarx hazırlayıb.
 Əsərin müəllifi alman yazıçısı Patrik Süskinddir. Bir qatilin tarixçəsindən bəhs edən bu roman triller janrının ən gözəl nümunələrindəndir. Əsərin qəhrəmanı olan həmin şəxsin adı Jan Batist Qrenuydur.

Bütün hadisələr XVIII əsrdə Fransada cərəyan edir. Qrenuy Parisdə balıq satılan  palçıqlı bir küçədə doğulur və ordakı ilk aldığı iyrənc qoxu ilə hamıdan fərqli bir qabiliyyət sahibi olur. İnsanların qoxusu olmadığı üçün ondan çəkindiklərini və nəhayət özü də bunun həqiqət olduğunu anladığı gün o qatilə çevrilir. İstədiyi qoxunu əldə etmək üçün tam olaraq Qras şəhərinin 24 ən gözəl, yeniyetmə və ən əsası bakirə qızının qatili olur. Onları öldürərək bədənlərindəki xüsusi qoxunu alır. Amma istədiyi qoxunu alması üçün bir qız qalır ki, bu da Laura adlı kürən saçlı, şəhərin ən gözəl qızı olur. Atası onu nə qədər qorumağa çalışsa da, Qrenuydan qurtara bilmir. Qrenuy nəhayətki, 25 qızın qoxusundan ətir düzəldir. Və elə o gün də tutularaq edam hökmünə məruz qalır. Amma öz qoxusu sahəsində edamdan xilas olur.

Roman dünyanın 35-dən çox dilinə tərcümə edilib, yüksək tirajla satılıb. Əsər Azərbaycan dilinə 2003-cü ildə tərcümə edilib və “Azərbaycan” jurnalında ixtisarla çap edilib. Əsəri ana dilimizə fransız dilindən tərcümə edən Cavanşir Yusiflidir.

Əsərin əsasında eyni adlı film 2006-cı ildə kinosevərlərə təqdim edilib.

Aşağıdakı linklərə daxil olaraq videoçarxa baxa bilərsiniz: