Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Elanlar
12 İyul , 2021

Kitabxana yeni layihəyə başlayır!

Əziz uşaqlar, Siz artıq əyləncələrlə dolu yay tətilinə buraxılmısınız. Məlum məsələdir ki, hər birinizin evində keçən ilki tədris ilindən qalmış dəftərlər, testlər, köhnə dərsliklər və dərs vəsaitləri mövcuddur. Nərimanov rayon MKS-i kimi həmin köhnəlmiş, sizin üçün artıq əhəmiyyətini itirmiş sənəd kütləsini sizdən alaraq təkrarxammalehtiyyat məntəqələrinə təhvil verməyi qərara almışıq. Qoy heç bir sənəd, kitab, dəftər, jurnal tullantılara qarışmasın. Aksiyamızda fəal iştirak edən oxucular hədiyyə olaraq kitab qazanacaqlar.

Buyurun, gəlin, bizlərə qoşulun! Kitab hədiyyə qazanın!

Gəlin həm də bu addımımızla təbiəti qoruyaq. Axı hər bir kağız parçasında onun da öz payı var!