Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Xəbərlər
16 İyul , 2021
Nərimanov rayon MKS-nin əməkdaşı Günel Eyvazova «İslami biliklər» layihəsinin növbəti rubrikasında «İslamda ailə» mövzusunda videoçarx hazırlayıb.
Videoçarxda islam dinində ailə münasibətləri haqqında ətraflı məlumat verilib.
İslam dinində ailə əxlaqı — İslam dini ailə üzvlərinin mənsən kimi ifadələrindən deyil "biz" məhvumundan ibarət olmasını tövsiyə edir.
İslamda ailə əxlaqından danışdıqda ailə daxili münasibətlərin məhz sevgi,qayğı fədakarlıq üzərində qurulması nəzərdə tutulur. Əgər ailədəki münasibət qeyd etdiyimiz təməllər üzərində qurularsa, bu cür ailə İslamın bizə tövsiyə etdiyi əxlaqlı ailədir. İslam dini ailənin bir inzibati qurum kimi formalaşmasının tərəfdarı deyil. Yəni, İslam dini ailəni cəmiyyətin təməli, bir kiçik məmləkət hesab edir. Lakin, İslam dini ailə başçısını idarə rəhbəri kimi görmək istəmir, o atanının anaya, övladına olan münasibətinin mənəvi bağlar üzərində qurulmasını, ailə üzvlərini fədakar görmək istəyir. Əgər övlad ata və ananın münasibətlərində bir-birilərinə fədakarlıq görərsə, artıq o özü mənəvi baxımdan inkişaf etmiş olacaq. Eyni zamanda övlad əgər bu cür ailədə böyümüş olsa, gələcəkdə düşəcəyi mühitə bu zaman təsir etmə qabiliyyətidə artmış olacaq. 

Aşağıdakı linklərə daxil olaraq videoçarxa baxa bilərsiniz: