Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Xəbərlər
14 Sentyabr , 2021
Nərimanov rayon MKS-nin əməkdaşı Günay Məmmədova «Xınalıq - açıq səma altında muzey» adlı videoçarx hazırlayıb.
Qədim mədəniyyət məskənlərindən biri olan Xınalıq özü səma altında açıq muzeydir. Uca dağların ətəyində yerləşən bu kəndin hər daşında, sanki qədim, bir sirli tarix yaşayır. Bir neçə yüzillik yaşayış evlərini seyr etdikcə keçmişdə bu kənddə baş verən şirinli-acılı hadisələrin izlərini görür, əsrlərlə növbələşə-növbələşə, mərhələ-mərhələ ulu bir tarix yaşandığını düşünürsən. Kəndin əhatəsində olan çox qədim qəbristanlıqlar, türbələr, qədim qəbirüstü abidələr, daşlar üzərindəki yazılar bu kəndin uzaq tarixini "seyretməyə" imkan yaradır. Fikirləşirsən: əgər çoxəsrlik hadisələrin şahidi olan bu abidələr, daşlar dil açıb danışsaydi, qədim mədəniyyətimizin bu günə qədər açılmamış cox sirrlərindən biz xəbərdar olardıq, dünya mədəniyyəti daha da zənginləşərdi…

Aşağıdakı keçidlərə daxil olaraq videoçarxa baxa bilərsiniz: