Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Xəbərlər
20 Sentyabr , 2021
Nərimanov rayon MKS-nin əməkdaşı Gülarə Qəniyeva məşhur amerikan yazıçısı  Teodor Drayzerin « Maliyyəçi» romanı haqqında videoçarx hazırlayıb.
Teodor Drayzerin 1912-ci ildə nəşr olunan bu romanı “Arzular trilogiyası” silsiləsindən ilk kitabdır. Triloqiyanın baş qəhrəmanı – Frenk Kaupervuddur.  Roman amerikalı milyonçu Çarlz Yerksin həyatı əsasında yazılıb.

Baş qəhrəman, Frenk Alcernon Kaupervud, cavan yaşlarından məshur maliyyəçi olur. O, Filadelfiyada bank işçisinin ailəsində dünyaya gəlib və ABŞ vətəndaş müharibəsi ərəfəsində Pensilvaniyanın maliyyə maqnatlarının sırasına qəbul olunmağa nail olur. 21 yaşında Lilian adlı xanımla evlənir və 2 uşaq atası olur; vaxt keçdikçə o, öz makler şirkəti üçün şəhərin “vizit kartı” olan Üçüncü küçədə ev alır.

Lakin müvəffəqiyyəti, qadınları və pulu sevən Frenk bundan da çoxunu arzulayır. O, podratçı Batlerin qızı Eylinə vurulur. Onu ilk dəfə atasının evində görəndə Eylinin 16 yaşı var idi. 1871-ci ildə Çikaqoda yanğın baş verir və Kaupervud törətdiyi fırıldaqlara görə büdcəyə yarım milyona qədər pul borclu olduğundan çətin vəziyyətə düşür. Kaupervudun Eylinlə əlaqəsi olduğu haqqda Batler və Lilian anonim məktub alırlar. Batler qisas almaq qərarına gəlir və onun təsiri altında Kaupervud köməkdən məhrum olunur və ona qarşı büdcə vəsaitlərini israf olunması haqqda cinayət işi açılır.

Məhkəmənin qərarı ilə 34 yaşlı Kaupervud 4 il 3 ay həbs cəzası alır. Lakin 13 aydan sonra Eylinin atası olür və əfv xahişinə maneçilik törədən olmadığından Kaupervud azad olunur.

1873-cü ilin birjadaki novbəti vahimədən sonra fürsətdən istifadə edən Kaupervud bir günə milyonçu olur. Maliyyə vəziyyətini bərpa etdikdən sonra adını bərpa edə bilməyəcəyini başa düşən Kaupervud sevgilisi ilə Fildaelfiyanı tərk edir və Çikaqoya yola düşür.

Aşağıdakı keçidlərə daxil olaraq videoçarxa baxa bilərsiniz: