Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Xəbərlər
21 Sentyabr , 2021
Nərimanov rayon MKS-nin əməkdaşı Leyla Mikayılova Beynəlxalq Sülh Günü ilə əlaqdar olaraq videoçarx hazırlayıb.
Videoçarxda dünya üçün böyük əhəmiyyətə sahib olan bu günün tarixi haqqında ətraflı məlumat verilib.
Beynəlxalq Sülh Günü BMT-nin 30 noyabr 1981-ci ildəki qərarı ilə bütün dünyada qeyd olunur. Dünyanın 192 ölkəsi yekdil olaraq bu qərarın lehinə səs vermişdir. 1999-cu ildə rejissor Ceremi Cilli insan cəmiyyətinin əsas problemləri və nisbətən təcili həll olunmalı olan məsələlər barəsində "Peace one day"i yaratdı. Onun əsas cəhd etdiyi o idi ki, heç olmasa ildə bircə gün bütün dünyada insan zorakılığının baş verməsinin qarşısını alsın, atəşkəs olsun.
21 sentyabr nəinki yalnız xalqlar arasında, həmçinin, ailələrdə, məktəblərdə köklü zorakılığa qarşı mübarizənin əldə olunmasına nail olmaq üçün bir gündür. Bu səbəbdən də 21 Sentyabr bütün planet insanları üçün çox vacibdir.
 
Aşağıdakı keçidlərə daxil olaraq videoçarxa baxa bilərsiniz: