Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Xəbərlər
22 Sentyabr , 2021
Nərimanov rayon MKS-nin əməkdaşı Rəxşəndə Novruzova yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq «Elmin və təhsilin vəhdəti cəmiyyətin inkişafıdır» adlı videoçarx hazırlayıb.
Qüvvət elmdədir, başqa cür heç kəs, Heç kəsə üstünlük eyləyə bilməz! (Nizami Gəncəvi).
Bizim gələcəyimiz elm və təhsilin inkişafı ilə bağlıdır, bu, ölkəmizin, millətimizin gələcəyi məsələsidir. Elm və təhsil inkişaf perespektivlərimizi müəyyən edən başlıca sahədir. Ölkənin uğurunu bilik, elm, texnologiya və təhsil müəyyən edir. Müasir dövrdə dünya ölkələrinin inkişafının uğurlu olmasının bir neçə göstəricisi var. Bunların içərisində elm və təhsil səviyyəsinin bu gün hansı inkişaf mərhələsində olması çox mühüm rol oynayır. Elm və təhsil hər bir insana öz davamlı gələcəyini formalaşdırmaq, zəruri bilik, bacarıq, münasibətləri və dəyərləri əldə etmək üçün imkan yaradan əsas amillərdən biridir.
Müasir dünyanın inkişaf axarında təkcə insanları deyil, bəlkə də bütöv bir xalqı dəyişə bilən ən böyük amil elm və təhsil fenomenidir. Bu səbəbdən dünya ölkələri elmin inkişafına xüsusi diqqət ayırır, təhsil səviyyəsini artırmaq üçün yeni-yeni üsullar tətbiq edir, büdcələrinin böyük hisəssini elmin və təhsilin inkişafına ayırırlar.
Ölkəmizdə də elmin və təhsilin önəmi dövlət səviyyəsində yüksək qiymətləndirilir. Təhsilin inkişafı üçün xüsusi tədbirlər planı hazırlanıb həyata keçirilir.
Dünyanda böyük təhlükəyə çevrilmiş pandemiya səbəbindən təhsil sahəsində müəyyən problemlər yaranasa da, dövlət şagird və tələbələrin təhsildən yayınmaması üçün xüsusi layihələr tətbiq etmişdi.
Məlum səbəblərdən dolayı ölkəmizdə təhsil müəssisələrində dərslərin başlaması vaxtında dəyişikliklər edilib. Belə ki, Sentyabrın 22-də ibtidai siniflərdə, sentyabrın 29-da isə orta və yuxarı siniflərdə əyani dərslərə başlanacaq.
Bu il məktəbə başlayan birinciləri, eləcə də bütün şagird və tələbələri, onların valideynlərini, müəllim olaraq ilk dəfə fəaliyyətə başlayan gəncləri bu gözəl bayram münasibətilə təbrik edir və yeni tədris ilində uğurlar arzulayırıq.Ümid edirik ki, bu gün sizlər üçün unudulmazlar sırasına öz xoş təəssüratları ilə həkk olunacaq!.
 
Aşağıdakı keçidə daxil olaraq videoçarxa baxa bilərsiniz: