Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Xəbərlər
24 Sentyabr , 2021
Nərimanov rayon MKS-nin əməkdaşı Alina İsmayılova məşhur yapon yazıçısı Kenzaburo Oe-nın yaradıcılığı haqqında videoçarx hazırlayıb.
Yapon yazıçısı Kenzaburo Oe 31 yanvar 1935-ci ildə Yaponiyada, Sikoku adasının Utiko qəsəbəsinə aid Ose kəndində doğulub. Onlarla roman, povest və hekayə müəllifidir. Yaradıcılığının əsas qayəsini İkinci Dünya müharibəsinə olan nifrət, insan soyuqqanılılığından törəyən faciələrə münasibət təşkil edir. "Gecikmiş gənclik", "Şəxsi təcrübə", "Əziz keçmişə məktub", "Sudan ölüm" və b. romanları dünya oxucusunun sevdiyi əsərlər sırasındadır. Yaradıcılıq uğurlarına və "əsərlərində dünyanı gerçək şəkildə poetik boyalar və miflə reallığı əks etdirən bədii təsvir vasitələri ilə təqdim etdiyi üçün" Kenzaburo Oe 1994-cü ildə ədəbiyyat üzrə növbəti Nobel mükafatına layiq görülüb.
 
Aşağıdakı keçidə daxil olaraq videoçarxa baxa bilərsiniz: