Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
27 Sentyabr , 2021
Bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 1 il ötür.
27 sentyabr Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Anım Günü kimi qeyd edilir.
Anım Günü ilə əlaqədar olaraq Nərimanov Rayon MKS-nin Mərkəzi Kitabxanasında tədbir keçirilib.
İlk öncə Vətən müharibəsində qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbir zamanı çıxış edən kitabxananın əməkdaşı Ülkər Zeynalova tariximizin şanlı zəfər səhifəsi Vətən müharibəsi və canlarını fəda edərək bizlərə bu qələbə sevincini yaşadan şəhidlərimizin misilsiz qəhrəmanlıqları haqqında ətraflı məlumat verdi.
Sonda Vətən müharibəsi şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş videoçarx təqdim edildi.

Aşağıdakı keçidlərə daxilolaraq tədbirlər tanış ola bilərsiniz:
 

Foto Qalereya