Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Xəbərlər
8 Oktyabr , 2021
Nərimanov rayon MKS-nin əməkdaşı G.Qəniyeva dahi rus şairi və yazıçısı M.Lermontovun “Zəmanəmizin qəhrəmanı” romanı haqqında videoçarx hazırlayıb.
 “Zəmanəmizin qəhrəmanı” romanı ən yaxşı kitablar arasında, şübhəsiz, öz yerini alır. Adsız səyyah tərəfindən danışılan əsərdə 19-cu əsr Rusiyasının burjua ab-havasını hiss etmək olar. Peçorin obrazı şairin təxəyyülünün deyil, cəmiyyətin formalaşdırdığı bir protaqonistdir. Surətin qarşısındakılarla olan münasibət – danışıqlarının səmimi, yoxsa süni olduğunu müəyyənləşdirmək olduqca çətindir; öz fikirlərinin özündən doğulduğuna şübhə etməmək mümkün deyildir. Oxucu vərəqlər sona yaxınlaşdıqca bir insanın cəmiyyət qarşısında büründüyü “personası”ndan çəkdiyi və çəkdirdiyi iztirabları görür, Peçorinin sadist və mazoxist tərəflərini aşkar edir, arada ona nifrət, bəzən də rəğbət bəsləyir. Dünya ədəbiyyatında Balzakın Rastinyajı, Stendalın Jülyeni, Oskar Uayldın Dorianı kimi, Lermontovun Peçorini də unudulmaz və təkrarolunmaz qəhrəmanlar sırasına daxil olmuşdur.

Aşağıdakı keçidlərə daxil olaraq videoçarxa baxa bilərsiniz: