Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
11 Oktyabr , 2021
11 oktyabr 2021-ci il tarixində Nərimanov Rayon MKS-nin Mərkəzi Kitabxanasında "44 günlük Vətən Müharibəsində Azərbaycan Türkiyə birliyi" adlı onlayn tədbir keçirildi.
Tədbir zamanı çıxış edən kitabxananın əməkdaşı Ü.Zeynalova tarix boyu Azərbaycan Türkiyə dostluğundan, bu iki dövləti birləşdirən mənəvi dəyərlər haqqında ətraflı məlumat verdi və Vətən Müharibəsinin 15-ci günü baş vermiş önəmli hadisələrin qısa icmalını dinləyicilərə təqdim etdi.
Tədbir kitabxananın instaqram hesabı üzərindən canlı yayımlandı. @nerimanovrayonmks

Aşağıdakı keçidə daxil olaraq tədbirlə tanış ola bilərsiniz: