Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
14 Oktyabr , 2021

14 oktyabr 2021-ci il tarixində Nərimanov Rayon MKS-nin Mərkəzi Kitabxanasında "Vətən Müharibəsində Prezident İlham Əliyevin xarici mətbuata müsahibələri" mövzusunda onlayn tədbir keçirildi.
Tədbir zamanı çıxış edən kitabxananın əməkdaşı Ü.Zeynalova 44 günlük müharibədə Ali Baş Komandanın müzəffər ordusunun döyüşlərdəki uğurları ilə eyni vaxtda informasiya siyasətinin də başına keçərək Azərbaycanın haqq səsinin dünya mediasına və birliyinə çatdırması, diplomatik sahədə və informasiya müharibəsində uğurlarımızın Qarabağın işğaldan azad edilməsi prosesində qələbəmiz üçün müstəsna əhəmiyyəti haqqında ətraflı məlumat verdi və Vətən Müharibəsinin 18-ci günü baş vermiş önəmli hadisələrin qısa icmalını dinləyicilərə təqdim etdi.
Tədbir kitabxananın instaqram hesabı üzərindən canlı yayımlandı. @nerimanovrayonmks
 
Aşağıdakı keçidə daxil olaraq tədbirlər tanış ola bilərsiniz: