Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
19 Oktyabr , 2021
19 oktyabr 2021-ci il tarixində Nərimanov Rayon MKS-nin Mərkəzi Kitabxanasında "Vətən Müharibəsi zamanı mülki əhaliyə qarşı düşmən hücumları" mövzusunda onlayn tədbir keçirildi.
Tədbir zamanı çıxış edən kitabxananın əməkdaşı Ü.Zeynalova 44 günlük müharibə zamanı təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən “Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı törətdiyi terror əməlləri haqqında ətraflı məlumat verdi. O bildirdi ki, Ermənistan silahlı qüvvələri tərəfindən istər işğal dövründə, istərsə də İkinci Qarabağ müharibəsində Azərbaycanın mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələri, təhsil, sosial, mədəni və strateji əhəmiyyətli obyektlər ağır artilleriya qurğularından, xüsusi raket sistemlərindən və qadağan olunan silahlardan istifadə edilməklə intensiv şəkildə atəşə tutulub. Nəticədə mülki əhali arasında çoxsaylı ölüm və yaralanma halları baş verib, yaşayış məntəqələrinə, tarixi və mədəni abidələrə, inzibati binalara, ictimai və digər sosial obyektlərə ciddi ziyan dəyib. Ermənistanın hərbi təcavüzü nəticəsində ölən və yaralananlar arasında çox sayda uşaq və qadınlar da olub. Sonda Vətən Müharibəsinin 23-cü günü baş vermiş önəmli hadisələrin qısa icmalını dinləyicilərə təqdim edildi.
Tədbir kitabxananın instaqram hesabı üzərindən canlı yayımlandı. @nerimanovrayonmks
 
Aşağıdakı keçidə daxil olaraq tədbirlə tanış ola bilərsiniz: