Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
20 Oktyabr , 2021

20 oktyabr 2021-ci il tarixində Nərimanov Rayon MKS-nin Mərkəzi Kitabxanasında "Azad Zəngilan" adlı onlayn tədbir keçirildi.
Tədbir zamanı çıxış edən kitabxananın əməkdaşı A.Əsgərova Azərbaycan Ordusu tərəfindən 2020-ci il oktyabr ayının 20-də erməni işğalından azad edilmiş doğma diyarımız Zəngilanın tarixi haqqında ətraflı məlumat verdi və Vətən Müharibəsinin 24-cü günü baş vermiş önəmli hadisələrin qısa icmalını dinləyicilərə təqdim etdi.
Tədbir kitabxananın instaqram hesabı üzərindən canlı yayımlandı. @nerimanovrayonmks

Aşağıdakı keçidə daxil olaraq tədbirlə tanış ola bilərsiniz: