Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
21 Oktyabr , 2021
21 oktyabr 2021-ci il tarixində Nərimanov Rayon MKS-nin Mərkəzi Kitabxanasında "Vətən Müharibəsində informasiya mübarizəsinin əhəmiyyəti" mövzu onlayn tədbir keçirildi.
Tədbir zamanı çıxış edən kitabxananın əməkdaşı E.Kərimli müasir dövrdə informasiya müharibəsinin gücü və əhəmiyyəti haqqında ətraflı məlumat verdi. O bildirdi ki, müasir cəmiyyətimizdə informasiyanın çox güclü silah olduğunu nəzərə aldıqda ona nəzarət etməyin, ondan istifadənin nə qədər vacib olduğunu dərk etmiş oluruq. Bəzən informasiya müharibəsi hərbi qarşıdurmadan heç də az təsirli olmur. Bir çox hallarda onu üstələməyi də bacarır.
Tədbir zamanı Vətən Müharibəsinin 25-ci günü baş vermiş önəmli hadisələrin qısa icmalı da dinləyicilərə təqdim edildi.
 
Aşağıdakı keçidə daxil olaraq tədbirlə tanış ola bilərsiniz: