Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Vətən Müharibəsi Qəhrəmanları
21 Oktyabr , 2021
 Soyad: Abbasov
Ad: Azad
Ata adı: Novruz
Doğum tarixi: 06.07.1977
Şəhid olub: 29.09.2020
Rütbə: MAHHXHQ kiçik çavuş

Abbasov Azad Novruz oğlu 6 iyul 1977-ci ildə Göygöl rayonunda doğulub. 1992-ci ildə Gəncə şəhər 7 nömrəli tam orta məktəbi bitirib, 1992-1995-ci illərdə təhsilini 2 saylı Peşə liseyində (indiki Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi) davam etdirib. 1995-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılıb. Hərbi xidmətini başa vurduqdan sonra MAHHX HQ kimi fəaliyyətini davam etdirib.

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Azad Abbasov xidmət etdiyi hərbi hissənin təırkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərə qatılıb, Kəlbəcər rayonu istiqamətində vuruşub.

29 sentyabr 2020-ci il tarixində Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. 19 dekabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Ailəli idi. Dörd övladı yadigar qalıb. Dördüncü övladı atasının şəhadətindən sonra dünyaya gəlib.