Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Vətən Müharibəsi Qəhrəmanları
21 Oktyabr , 2021
Soyad: Abbasov
Ad: İlham
Ata adı: Əli
Doğum tarixi: 13.03.2000
Şəhid olub: 27.09.2020
Rütbə: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı «Füzulinin azad olunmasına görə» medalı
İlham Əli oğlu Abbasov 2000-ci il martın 13-də Füzuli rayonunun Araz Dilağarda kəndində anadan olub. Vətən Müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.

İlham Abbasov sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlham Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İlham Abbasov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

2021/05/Scree-1622401120.jpg