Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Vətən Müharibəsi Qəhrəmanları
22 Oktyabr , 2021
Soyad: Abdalov
Ad: Nurlan
Ata adı: Faiq
Doğum tarixi: 12.06.2000
Şəhid olub: 03.10.2020
Rütbə: Çavuş
Təltifləri

«Vətən uğrunda» medalı «Xocavəndin azad olunmasına görə» medalı

Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə var. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Belə şəhidlərdən biri də Nurlan Abdalovdur.

Abdalov Nurlan Faiq oğlu 12 iyun 2000-ci ildə Sumqayıt şəhərində anadan olub. 2006-2017- ci illərdə Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbdə təhsil alıb. 2012-2015 -ci illərdə Sumqayıt şəhər Dostluq Mədəniyyət Mərkəzinin Rəssamlıq kursunu bitirib.

2018-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmət dövründə vəzifəsi baş sürücü olub, ailəsinə 2 dəfə təşəkkür məktubu göndərilib. Müddətdən artıq hərbi xidmət üçün yenidən ordu sıralarına yazılıb və 2020- ci il yay aylarından etibarən müddətdən artıq hərbi xidmətə başlayaraq, manqa komandiri vəzifəsinə yüksəlib.

Azərbaycan Ordusunun çavuşu olan Nurlan Abdalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin Ermənistana qarşı başlatdığı əks-hücum əməliyyatlarında iştirak edib, mərdliklə vuruşub, Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd uğrunda döyüşlərdə iştirak edib. 3 noyabr 2020-ci ildə Xocavənd uğrunda gedən qızğın döyüşlərdə şəhid olub.

5 noyabr 2020-ci ildə Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Nurlan Abdalov ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

2021/09/nurla-1631899611.jpg