Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Vətən Müharibəsi Qəhrəmanları
22 Oktyabr , 2021
Soyad: Abduləzimli
Ad: Emil
Ata adı: Rasif
Doğum tarixi: 06.12.1994
Şəhid olub: 19.10.2020
Rütbə: Hərbi vəzifəli əsgər
Təltifləri

«Vətən uğrunda» medalı «Cəbrayılın azad olunmasına görə» medalı

Azərbaycan üçün önəmli olan Qarabağ münaqişəsi 30 ildən sonra öz həllini tapdı. Deyirlər, torpaq uğrunda ölən varsa, Vətəndir! Qarabağı azadlığa qovuşduran isə müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də Azərbaycan Ordusunun əsgəri olan Emil Abduləzimlidir.

Abduləzimli Emil Rasif oğlu 6 dekabr 1994-cüildə Zəngilan rayonunda anadan olub. O, heç vaxt görmədiyi, doğma yurdu Zəngilan rayonunu işğaldan azad etmək üçün 2020-ci il sentyabrın 27-də könüllü döyüşə gedərək mənfur düşmənə qarşı qəhrəmancasına döyüşüb. Ərazi bütövlüyümüzün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.

Emil Abduləzimli 2020-ci ilin, oktyabrın 19-da şəhadət zirvəsinə ucaldı, şəhadətindən bir gün sonra silahdaşları onun qisasını alaraq, Zəngilan rayonunu işğaldan azad etdilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" və “Vətən uğrunda” medalları ilə təltif edilib.

2021/04/12247-3239265320.jpg