Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
22 Oktyabr , 2021
22 oktyabr 2021-ci il tarixində Nərimanov Rayon MKS-nin Mərkəzi Kitabxanasında "Qarabağ atları" adlı onlayn tədbir keçirildi.
Tədbir zamanı çıxış edən kitabxananın əməkdaşı F.Alnağıyeva Azərbaycanın milli sərvəti, yerli genefondumuzun əsaslarından olan Qarabağ
atları haqqında ətraflı məlumat verdi. O bildirdi ki, Qarabağımız təkcə mədəniyyəti, incəsənəti və təbiəti ilə deyil, atları ilə də dünyaya səs salıb. Qarabağ atları Asiya və Qafqazda ən qədim at cinsi hesab edilir.
At muraddır deyiblər. Biz də, elə Qarabağ atları da 30 ildir gözlədiyimiz muradımıza çatdıq. Bundan sonra bu atlar Qarabağın suyundan içib, Qarabağın torpağında gəzəcəklər. Qədim Şuşamızın Cıdır düzü isə at yarışlarının keçirildiyi ən böyük, ən möhtəşəm yarış meydanı olacaq.
Tədbir zamanı Vətən Müharibəsinin 26-cı günü baş vermiş önəmli hadisələrin qısa icmalı da dinləyicilərə təqdim edildi.
Tədbir kitabxananın instaqram hesabı üzərindən canlı yayımlandı. @nerimanovrayonmks
 
Aşağıdakı keçidə daxil olaraq tədbirlə tanış ola bilərsiniz: