Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
23 Oktyabr , 2021
2021-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur. Azərbaycan aşıq poeziyasını zirvələrə yüksəltmiş el sənətkarı Aşıq Ələsgərin anadan olmasının 200-cü ildönümünün təntənəli qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Bu məqsədlə 23 oktyabr 2021-ci il tarixində Nərimanov Rayon MKS-nin Mərkəzi Kitabxanasında Aşıq Ələsgərin həyat və yaradıcılığına həsr edilmiş onlayn tədbir keçirildi.
Tədbir zamanı çıxış edən kitabxananın əməkdaşı A.Əsgərova çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmiş sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı haqqında ətraflı məlumat verdi.
Tədbir kitabxananın instaqram hesabı üzərindən canlı yayımlandı. @nerimanovrayonmks
 
Aşağıdakı keçidə daxil olaraq tədbirlə yaxından tanış ola bilərsiniz: