Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Xəbərlər
25 Oktyabr , 2021
Nərimanov rayon MKS-nin əməkdaşı Ü.Zeynalova «Dünyada oksigen olmasa, nə baş verər?» adlı videoçarx hazırlayıb .
Yerin atmosferi həyat üçün lazım olan əsas xüsusiyyətlərə sahib möhtəşəm bir təbəqədir. Yerin atmosfer qatı 77% oksigen, 21% azot və 1% karbon və arqon qazlarının qarışığından ibarətdir. Bu qazlardan ən vacibi oksigendir, çünki insan və heyvan orqanizmində enerji əldə etmək üçün baş verən kimyəvi reaksiyaların çoxunda oksigen iştirak edir.
Atmosferdə oksigen nisbətinin sabit qalması mükəmməl mübadilə sistemi ilə baş verir. İnsanlar və heyvanlar fasiləsiz olaraq oksigeni qəbul edir və onlar üçün zəhərli olan karbon qazını xaric edirlər. Bitkilər isə bu prosesin əksini həyata keçirirlər, karbon qazını həyatverici oksigenə çevirərək canlı aləmin həyatda qalmasında böyük rol oynayırlar. Bu yolla hər gün milyardlarla ton oksigen bitkilər tərəfindən istehsal edilərək atmosferə buraxılır. Əgər bitkilər, heyvanlar və insanlar eyni reaksiyanı həyata keçirsə idilər, dünya çox qısa bir müddətdə yaşanılmaz planetə çevrilərdi.

Aşağıdakı keçidə daxil olaraq videoçarxa baxa bilərsiniz: