Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Elanlar
28 İyun , 2022
Əsgərlərimizin asudə vaxtlarının səmərəli keçirilməsi və mütaliyəyə marağının artırılması məqsədilə Nərimanov rayon MKS «Əsgərin kitab rəfi» aksiyasına qoşulmuşdur.

Dəyərli oxucular, sizləri də elmi, bədii, publisistik və digər janrlarda kitablarınızı Vətənimizin keşiyində duran əsgərlərimizə hədiyyə etməklə kitab toplama aksiyasına qoşulmağa dəvət edirik.

Aksiya çərçivəsində toplanan kitablar işğaldan azad edilmiş ərazilərdə xidmət edən əsgərlərə üstünlük verməklə bütün hərbi qulluqçularımıza çatdırılacaq.

Kitab hədiyyə etmək istəyənlər həftənin bütün günü səhər saat 9:00-dan 18:00-a kimi kitabxanamıza müraciət edə bilərlər.
Qeyd edək ki, artıq kitabxana tərəfindən kifayət qədər kitab toplansa da, yeni kitabların qəbulu davam etdirilir.

Bir 1 nəfər və mətn şəkili ola bilər