Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Xəbərlər
6 İyul , 2022
Nərimanov rayon MKS-nin əməkdaşı Günay Süleymanova müstəqil Azərbaycanın ilk müdafiə naziri, sonralar Baş Qərargah rəisi olmuş mərhum general-leytenant Valeh Bərşadlının doğum günü ilə əlaqədar videoçarx hazırlayıb.
Valeh Bərşadlı 6 iyul 1927-ci ildə Qubadlı rayonunun Eyvazlı kəndində dünyaya gəlmişdir. 14 yaşında könüllü hərbi xidmətə getmiş, 18 yaşında iki hərbi təhsil ocağını bitirmişdir. 50 yaşında sovet ordusunda general-leytenant rütbəsi almış ilk azərbaycanlıdır. Müstəqil Azərbaycanın 1992-ci ildə ilk müdafiə naziri və Azərbaycan tarixində ilk müvəffəqiyyətli Goranboy və Ağdərə əməliyyatlarını həyata keçirmiş baş qərargah rəisi olmuşdur. 1992-ci ildə tutduğu vəzifədən istefa vermişdir.
Valeh Bərşadlı 43 il SSRİ Silahlı Qüvvələrində xidmət etmiş, tağım komandirliyindən ən nəhəng ordulardan birinin müavinliyinə qədər yüksəlmişdir.
1999-cu il, 15 may tarixində vəfat etmiş və məzarı Fəxri Xiyabanda yerləşir.

Aşağıdakı keçidlərə daxil olaraq videoçarxla tanış ola bilərsiniz: