Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Xəbərlər
19 İyul , 2022
Nərimanov rayon MKS-nin əməkdaşı Alina Əsgərova "Obrazlı kitabxanaçı" layihəsi çərçivəsində «Britaniya adalarının xalq nağılları» kitabı haqqında növbəyti videoçarx hazırlayıb.
Bir çox əfsanələrdə ,nağıllarda yer alan personaj, uçan varlıqlar olan pərilərr haqqında söhbət.
Möhtərəm oxucu! Originaldan tərcümə olunmuş ingilis xalq nağıllari sizin ixtiyarinızdadır. Xalq müdrikliyini, onun keçmişinin pozulmaz səhifələrini özündə cəmləşdirən bu nağıllar Britaniya adalarında yaranmışdır. Rəsmi adı Böyük Britaniya ve Şimali İrlandiya Birləşmiş Krallığı olan bu dörd vilayətdən - İngiltərə, Uels, Şotlandiya, Şimali İrlandiyadan ibarətdir ve hər bir vilayətin özünəməxsus tarixi, mədəni ənənəsi ve irsi var. Hər vilayətin hər qraflıgın nağılı bir-birindən bənzərsizliyi ile seçilir. Məsələn, cənub şərqi və orta İngiltərədə məişət, komik mündəricəli nağıllar üstünlük təşkil edir. Keltlerə məxsus Uelsdə isə pərilər, cinlər ve məlaikələr haqda sehrli rəvayət, nağıllar daha çox geniş yayılmışdır.
Biz isə bu gün Britaniya adalarının xalq nağıllarının klassik toplusunu oxucularımızın ixtiyarına veririk.

Aşağıdakı keçidlərə daxil olaraq videoçarxa baxa bilərsiniz: