Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
23 İyul , 2022
23 iyul 2022-cil il tarixində Nərimanov rayon MKS-nin Mərkəzi Kitabxanasında dünya ədəbiyyatında görkəmli yer tutan məşhur fransız yazıçısı, tarixi və macəra romanlarının ustası Aleksandr Dümanın doğum günü ilə əlaqədar olaraq sərgi, söhbət keçirildi.
Söhbətdə kitabxananın fəal oxucuları və əməkdaşları iştirak etdilər.
Söhbət zamanı çıxış edən kitabxanın əməkdaşı Gülarə Qəniyeva macəra romanlarının “atası” Aleksandr Dümanın həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verdi. O bildirdi ki, A. Düma daha çox macəralarla zəngin tarixi romanları ilə dünya oxucularının rəğbətini qazanmışdır. "Qraf Monte Kristo", "Qrafinya de Monsoro", "Üç muşketyor", "Dəmir maskalı adam", "Qara zanbaq" kimi əsərləri dəfələrlə ekranlaşdırılmışdır. Düma həmçinin dramaturq və qəzetlər üçün məqalələr yazmış peşəkar müxbir kimi də tanınır.
Sonda G.Qəniyeva oxucuları yazıçının kitablarının nümayiş olunduğu sərgi ilə tanış etdi.
Foto Qalereya