Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
25 İyul , 2022
25 iyul 2022-ci il tarixində Nərimanov rayon MKS-nin Mərkəzi Kitabxanasında "Nağıl personajları xidmət edir" adlı tədbir keçirildi.
Tədbir zamanı kitabxanın əməkdaşları Samirə Abbasova və Alina Əsgərova nağıl qəhrəmanlarının simasında uşaqları bir-birindən maraqlı kitablarla tanış etdilər. Onlar dünya və Azərbaycan ədəbiyyatında dəniz, dənizçilik və iblis mövzularında yazılmış kitablar haqqında məlumat verib, bu kitabları uşaqlara təqdim etdilər.
Daha sonra uşaqlarla oxuduqları kitablar haqqında söhbət aparıldı.
Sonda uşaqlar onlar üçün maraqlı olan kitabları oxumaq üçün götürdülər.
Tədbirin keçirilməsində əsas məqsəd uşaqlarda kitablara və mütaliəyə sevgi yaratmaq idi. Uşaqların təqdim olnan kitablara böyük marağını nəzərə alsaq, tədbir öz məqsədinə nail oldu.

Aşağıdakı keçidlərə daxil olaraq tədbirin video görüntüləri ilə tanış ola bilərsiniz:

 
Foto Qalereya