Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Xəbərlər
26 İyul , 2022
Nərimanov rayon MKS-nin əməkdaşı Elnarə Kərimli Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun doğum günü ilə əlaqədar  videoçarx hazırlayıb.
Asif Yusif oğlu Məhərrəmov (Fred Asif) 1952-ci il iyulun 26-da Ağdam şəhərində anadan olub. O, 1988-ci ildən başlayaraq Ağdamın Abdal-Gülablı, Xıdırlı, Əmirallar, Sırxavənd, Bağbanlar, Əhmədavar kəndlərində düşmənə qarşı müdafiə dəstələri yaradıb, 1990-cı ildə Ağdam özünümüdafiə dəstəsi yaradıb, Xramort, Aranzəmin, Pircamal, Dəhraz, Naxçıvanik və digər kəndlərin  müdafiəsində cəsur komandir kimi rəşadətlə vuruşub, 1992-ci ilin martında Füzuli şəhərinin müdafiəsinə köməyə gedib, düşmənə ağır zərbə vurub. Polkovnik-leytenant Asif Məhərrəmov 1994-cü il iyulun 1-də, ad gününə 25 gün qalmış müharibədə aldığı yaralar nəticəsində dünyasını dəyişib. Bakı şəhərində 2-ci Fəxri Xiyabanda dəfn edilib. Bakının 3-cü mikrorayon dairəsi yaxınlığındakı küçələrindən biri onun adını daşıyır.

Aşağıdakı keçidlərə daxil olaraq videoçarxa baxa bilərsiniz: