Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
27 İyul , 2022
27 iyul 2022-ci il tarixində Nərimanov rayon MKS-nin Mərkəzi kitabxanası tərəfindən Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində "Nağıllar aləminə səyahət" adlı tədbir keçirildi.

Tədbir zamanı kitabxanın əməkdaşları Samirə Abbasova, Alina Əsgərova və kitabxanın fəal oxucusu Aylin İsmayıl nağıl personajlarının simasında uşaqları nağıllar aləmi, sehirli dünya və bu dünyada baş verən möcüzələrlə tanış etdilər. Onlar uşaqlar üçün "Ələddinin çırağı" nağılının personajı Yasəmən, Arzular pərisi və Balaca cadugər obrazlarını canlandırdılar.

Bundan başqa kitabxana tərəfindən mərkəzdə uşaq kitablarından ibarət sərgi də təşkil edildi.

Sonda kitabxana tərəfindən mərkəzin əməkdaşı, ofis menecri və art terapist Gülşən Abbasovaya kitablar hədiyyə edildi.

Qeyd edək ki, tədbir uşaqlar tərəfindən böyük maraqla qarşılandı.
Foto Qalereya