Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
28 İyul , 2022
28 iyul 2022-ci il tarixində Nərimanov rayon MKS-nin Mərkəzi kitabxanasında nağıl personajları ilə çay süfrəsi təşkil edildi.

Tədbir zamanı kitabxana əməkdaşları Samirə Abbasova, Alina Əsgərova və fəal oxucu Aylin İsmayıl tərəfindən uşaqlar üçün "Alisa möcüzələr diyarında" əsərindəki "Çılğın çay süfrəsi" canlandırıldı. Onlar Papaqçı, Alisa və Bəyaz şəhzadə personajlarının simasında kitabda baş vermiş hadisələri obrazlı şəkildə uşaqlara nəql etdilər.

Uşaqlar möcüzələr diyarında olduğu kimi çay süfəsi arxasında maraqlı və əyləncə dolu anlar yaşadılar.

Sonda kitabxana əməkdaşları tərəfindən uşaqlara əlfəcinlər hədiyyə edildi və onlar böyük həvəslə "Alisa möcüzələr diyarında" kitabını oxumaq üçün özləri ilə götürdülər.

Tədbirin keçirilməsində əsas məqsəd uşaqların yay tətilində asudə vaxtlarını daha səmərəli keçirmələrini təmin etmək və onlarda kitablara qarşı sevgi yaratmaq idi.

Foto Qalereya