Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Xəbərlər
31 İyul , 2022
Nərimanov rayon MKS-nin əməkdaşı Gülarə Qəniyeva «Dünya miqyasında məşhur olan Fikrət Əmirov» adlı videoçarx hazırlayıb.
Azərbaycan klassik musiqi sənətinin görkəmli nümayəndəsi Fikrət Əmirov ötən əsrin istedadlı bəstəkarı olaraq dərin dramatizmli əsərlər yaradaraq, milli mədəniyyətimizə yeni nəfəs əlavə etmişdir.
Musiqi mədəniyyətinin görkəmli xadimləri arasında layiqli yer tutan məşhur sənətkarımız Fikrət Əmirovun yaradıcılığı geniş, bədii maraq dairəsi çoxcəhətlidir. Musiqidə elə bir janr yoxdur ki, bəstəkar ona müraciət etməsin. Əmirov operanın, baletlərin, simfoniyaların, simfonik muğamların, simfonik poemaların, süitaların, kapriççionun, fortopiano üçün konsertlərin, musiqili komediyaların, mahnı və romansların müəllifidir.
Xəlqilik, incəsənətimizin nəcib ənənələrinə əsaslanan vətəndaşlıq pafosu və humanizm ruhu, incə lirizm, səmimilik və emosionallıq onun musiqisinin gözəl xüsusiyyətidir.

Aşağıdakı keçidlərə daxil olaraq videoçarxa baxa bilərsiniz: