Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Xəbərlər
1 Avqust , 2022
Nərimanov rayon MKS-nin əməkdaşı Alina Əsgərova "Obrazlı kitabxanaçı" layihəsi çərçivəsində amerikalı yazıçı və ssenarist Corc R. R. Martinin fantastik romanları silsiləsindən  "Buzla alovun nəğməsi"  kitabı haqqında "Səni dəyişən kitab" adlı videoçarx hazırlayıb. 
O, romanın əsas qəhrəmanlarından olan Deyenerisin obrazında kitab haqqında məlumatı oxuculara təqdim edib.
"Buzla alovun nəğməsi" son orta əsr Avropasını xatırladan uydurma dünyada baş verir. Həmin dünyada yay-qış illərlə davam edir; kitabdakı hadisələr bir neçə ili əhatə edir ki, bunlara uzun on illik yayın, payızın sonu və çətin və qeyri-müəyyən uzun qışın başlanğıcı daxildir.
“Buzla alovun nəğməsi” eposunda sanki xeyir və şər yoxdur. Biri-birindən azca mehribanlığı ilə fərqlənən personajlar var, ancaq başlanğıcda belə görünür. Əgər Martinin romanından əvvəl ancaq fantaziya oxumusunuzsa, bu kitab sizin üçün əsl fərqlilik olacaq və münasibətinizi həmişəlik dəyişəcək.
Kitab sizi dünyamıza başqa, daha ayıq gözlə baxmağa vadar edəcək. Bu, bir az fərqli səslənir, çünki biz uydurma dünya haqqında fantaziyadan danışırıq, amma həmin dünya o qədər realdır ki, istər-istəməz bizim dünyamızla “Hər şey həqiqətənmi bizimlə baş verir” deyə müqayisə etməyə başlayırıq. Bu oxunan kitabın son səhifəsini bağladığınız zaman başqa bir insan kimi ayağa qalxacaqsınız. Seriyanın hər kitabında personajlar hər tərəfdən oxucunun qarşısına çıxır, onların güclü və zəif tərəflərini üzə çıxarır. Hər hissə məhəbbət naminə hiyləgər intriqalar və cəsarətli əməllərlə doludur.
Nəşr edilməsi dünya çapında maraqla qarşılanan əsər seriyasının ilk nümunəsinə film çəkilməsi ilə ən çox izlənən filmlər siyahısına daxil oldu. Seriyanın nəşr edilən bu kitabları oxucularını fantastik bir dünyanın içinə salacaq.
Aşağıdakı keçidlərə daxil olaraq videoçarxa baxa bilərsiniz: