Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Xəbərlər
1 Avqust , 2022
Nərimanov rayon MKS-nin əməkdaşı Alina Əsgərova Xalq yazıçısı Anarın "Söz dünyası" kitabı haqqında videoçarx hazırlayıb.
Bu beşcildliyə müəllifin müxtəlif illərdə yazdığı icmal məqalələr,portret oçerklər, esselər, xatirələr daxildir.
1-ci,2-ci,3-cü cildlər "Söz dünyası" ta qədimlərdən bu günə qədər ədəbiyyat tariximizə, klassiklərə və çağdaşlara həsr olunmuş yazıları əhatə edir.
4-cü və 5-ci cildlər "Musiqi dünyası, "Rənglər dünyası", "Daşlar dünyası", "Teatr dünyası", "Kino dünyası" adlı bölmələrdən ibarətdir.
Cildlərdə ədəbiyyatımızın və incəsənətimizin zənginliyindən ,ayrı-ayrı görkəmli şəxsiyyətlərindən bəhs olunur, Beşcildliyə daxil edilən yazıların əksəriyyəti ki bir neçə il öncə rus dilində nəşr olunmuş və Heydər Əliyev mükafatına layiq görülmüş "Литература. Искусство.Культура Азербайджана " üçcildliyinə daxil idi.
"ЛИК Азербайджана" ücildliyi də, Azərbaycan dilində çıxan bu beşcildlik də ədəbiyyatımızın və incəsənətimizin böyük hamisi və qayğıkeşi Heydər Əliyevin işıqlı xatirəsinə ithaf olunur.
Ədəbiyyat və incəsənətin müxtəlif sahələrində şəxsiyyətlərinin fəaliyyətini əks etdirən beşcildlik zəngin mədəni irsimizlə maraqlanan oxucular üçün eləcə də gələcək nəsillər üçün faydalı məxəz olacaqdır.

Aşağıdakı keçidlərə daxil olaraq videoçarxa baxa bilərsiniz: