Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
2 Avqust , 2022
02 avqust 2022-ci il tarixində Nərimanov rayon MKS-nin Mərkəzi Kitabxanasında Azərbaycan Milli Kinosu Günü ilə əlaqədar olaraq tədbir keçirildi.
Tədbirdə kitabxananın fəal oxucuları və əməkdaşları iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan kitabxananın əməkdaşı Fəridə Alnağıyeva böyük tarixə malik olan Azərbaycan kinosu, kinomuzun keçdiyi inkişaf yolu, xalqımızın mədəni-mənəvi həyatında mühüm rolu, dövlətin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğısı haqqında ətraflı məlumat verdi. O bildirdi ki, Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur. Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma günü sayılır.
Sonda şaqlar üçün milli kino incilərimizdən sayılan "Qaraca qız" bədii filmi nümayiş etdirildi.
Qeyd edək ki, uşaqların böyük maraq və istəyini nəzərə alaraq film 2 seans təkrar yayımlandı.

Aşağıdakı keçidlərə daxil olaraq tədbirin görüntülərinə baxa bilərsiniz:

 
 
Foto Qalereya