Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
3 Avqust , 2022
03 avqust 2022-ci il tarixində Nərimanov rayon MKS-nin Mərkəzi Kitabxanasında görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Rauf Soltan oğlu Hacıyevin anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə kitabxananın fəal oxucuları və əməkdaşları iştirak etdilər.
Tədbir zamanı çıxış edən kitabxanın əməkdaşı kitabxananın əməkdaşı Təranə Məmmədova görkəmli bəstəkarın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi. O bildirdi ki, Rauf Hacıyev rəngarəng yaradıcılıq palitrasına malik sənətkar kimi Azərbaycanın musiqi mədəniyyəti tarixində özünəməxsus yer tutur. Müxtəlif janrlarda çox sayda qiymətli əsərlər, o cümlədən simfoniya, oratoriya və kantatalar meydana gətirən bəstəkara uğurlu səhnə təcəssümü tapmış operettaları xüsusilə geniş şöhrət qazandırmışdır. Rauf Hacıyevin milli motivlərlə müasir üslubun vəhdətində yaratdığı vətənpərvər ruhlu lirik mahnılar məşhur ifaçıların repertuarına daxil olmuş və Azərbaycan mahnı janrının inkişafında əhəmiyyətli rol oynamışdır. Onun sənətinin yüksək bədii keyfiyyətləri həmçinin kinofilmlər və teatr tamaşaları üçün bəstələdiyi musiqi lövhələrində aydın təzahürünü tapmışdır. Rauf Hacıyev respublikanın mədəni həyatında yaxından iştirak etmiş və səmərəli ictimai fəaliyyəti ilə tanınmışdır.
Sonda Rauf Hacıyevin musiqilərini bəstələdiyi filmlərdən ibarət videoçarx nümayiş etirdildi.

Aşağıdakı keçidə daxil olaraq tədbirin görüntülərinə baxa bilərsiniz:

Foto Qalereya